Azərbaycan nefti bahalaşıb

10:54 - 29 Yanvar 2022 - İQTİSADİYYAT

Azərbaycan nefti bir qədər bahalaşıb.

“Azeri LT CIF” markalı xam neftin qiyməti 1,49 ABŞ dolları və ya 1,6 faiz artıb.

Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 94,66 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.///oxu.az

Xəbər xətti