"Bu il Azərbaycanda illik inflyasiyanın hədəf diapozonundan (2-6%) yuxarı - 6,6-7,5% təşkil edəcəyi gözlənilir".
Ucnoqta.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.
"Gələn il isə illik inflyasiyanın hədəf diapazonuna yaxın olacağını proqnozlaşdırırıq", - deyə o, qeyd edib.
Xatırladaq ki, ötən il ölkədə qiymətlər orta hesabla 6,7% artıb. Təkcə dekabr ayında isə illik inflyasiya 12% olub. Bundan əlavə, bu ilin yanvarın 1-nə Azərbaycanda geniş pul kütləsinin (M3) həcmi 34,647 mlrd. manat təşkil edib ki, bu da yeni tarixi maksimumdur.