Gəncədə yol qəzası olub - xəsarət alanlar var

21:30 - 27 Yanvar 2022 - HADİSƏ

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi olub.

Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində, yanacaqdoldurma məntəqələrinin birinin qarşısında qeydə alınıb.

Avtomobil qəzası zamanı xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.///report

Xəbər xətti