Qanunsuz balıq ovu edən şəxslərə cinayət işi açıldı

Xəzər dənizində qanunsuz balıq ovu edən şəxslərə cinayət işi açılıb.

Bu barədə Ucnoqta.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.


Bildirilib ki, qurumun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılan araşdırmalar zamanı Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilən balıq və digər su bioresurslarının Xəzər dənizində qanunsuz ovunu edən şəxslərin idarə etdikləri üzmə vasitəsində nərə balıqları aşkar olunduğuna görə 7 nəfər şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti səlahiyyətli quruma göndərilib.

Eyni zamanda Xəzər dənizində qanunsuz balıq ovu edən şəxslərə məxsus özüyeriyən motorlu üzmə vasitəsilərində dəyəri 1 760 və 6 820 manat təşkil edən nərə balıqların aşkar edilməsi faktına görə 2 cinayət işi başlanılaraq aidiyyəti üzrə daxili işlər orqanlarının istintaq qurumlarına göndərilib.

Tarix
27 Yanvar 2022 [17:18]
Müəllif
Üç nöqtə
2022-01-27 17:18:29
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin