Yanvarın 28-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-7° isti, Bakıda gecə 1-3° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 14-18° şaxta, gündüz 0-5° şaxta olacaq.
Yanvarın 28-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənməsi, yağıntılı və soyuq diskomfort hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.