Dnepr şəhərində hərbçi yoldaşlarını qətlə yetirməkdə və yaralamaqda şübhəli bilinən əsgər saxlanılıb.
APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Ukraynanın daxili işlər naziri təsdiqləyib.
O, Milli Qvardiyanın əsgərləri tərəfindən saxlanılıb.
Qeyd edək ki, Şərqi Ukraynanın Dnepr şəhərində hərbçi öz əsgər yoldaşlarına atəş açaraq 5 nəfəri qətlə yetirib, daha 5 nəfəri isə yaralayıb.
Tarix
27 Yanvar 2022 [12:38]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin