Şəmkirdə qonşusunu bıçaqlayan şəxsə hökm oxundu

Şəmkir rayonunda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Fəxri Əhmədova hökm oxunub və o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Hökmdə qeyd edilib ki, F.Əhmədov Cinayət Məcəlləsinin (CM) 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinsin.

Xatırladaq ki, hadisə 2020-ci il oktyabr ayının 20-də Şəmkir rayonu ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1991-ci il təvəllüdlü Əhmədov Fəxri Akif oğlu qonşusu, 1991-ci il təvəllüdlü Əhmədov Fəxri Akif oğluna şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirib.

F.Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən onun barəsində CM-nin 29, 120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.///report

Tarix
27 Yanvar 2022 [11:12]
Müəllif
Üç nöqtə
2022-01-27 11:12:28
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin