Nazir generalın qardaşını Mirqafar Seyidova müavin TƏYİN ETDİ

10:22 - 27 Yanvar 2022 - Xəbər

Ağdaş Rayon Polis Şöbəsinin sabiq rəisi, polis polkovniki Rasim Mustafayevə yeni vəzifə verilib.

Ucnoqta.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, R.Mustafayev Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib. Qeyd edək ki, Nəqliyyatda Baş Polis İdarəsinin rəisi polis general-mayoru  Mirqafar Seyidovdur.

Xatırladaq ki, Rasim Mustafayev Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayevin qardaşıdır. O, bir neçə gün öncə Ağdaş RPŞ-nin rəisi vəzifəsindən azad edilərək sərəncama götürülmüşdü.

 

Xəbər xətti