Təcridxanaya düyünün içində narkotik gətirən şəxs saxlanıldı

17:27 - 26 Yanvar 2022 - HADİSƏ

Penitensiar Xidmətin (PX) 3 saylı İstintaq təcridxanasına psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

PX-dən verilən məlumata görə, qurumun əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Seymur Quliyevə qardaşı Xızı rayon sakini Orxan Quliyev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman içərisindəki düyüdə xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 1,007 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti