Rus Dram Teatrının aktyorları koronavirusa yoluxdu

17:09 - 26 Yanvar 2022 - Cəmiyyət

Azərbaycan Dövlət Rus Dram Teatrında iki tamaşanın nümayişi koronavirusa görə təxirə salınıb.

Bu barədə  Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qərar aktyorlar COVID-19-a yoluxduğu üçün qəbul edilib: “Teatr fəaliyyətini davam etdirir. Digər tamaşalar nümayiş etdirilir”.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı da koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.///report

Xəbər xətti