ABŞ Putinə qarşı sanksiya tətbiq edə bilər

08:50 - 26 Yanvar 2022 - DÜNYA

Rusiyanın Ukraynaya müdaxiləsi halında Vladimir Putinə qarşı sanksiyaların tətbiqi istisna edilmir.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden Vaşınqtonda jurnalistlərlə söhbətində bildirib.
Jurnalistin mağazaya alış-veriş etmək üçün gələn Baydendən Vladimir Putinə qarşı sanksiyaların mümkünlüyü barədə sualına ABŞ lideri "Bəli, mümkündür" deyib.

Baydenin fikrincə, Rusiyanın Ukraynaya müdaxiləsi İkinci Dünya Müharibəsindən indiyədək ən böyük işğal ola bilər. ABŞ Prezidenti xəbərdarlıq edib ki, belə bir işğal Rusiya üçün böyük nəticələrə səbəb olacaq.
Bundan əvvəl ABŞ-ın demokrat senatorları Ukraynaya müdaxiləsi halında Rusiyanın ali rəhbərliyinə, o cümlədən prezidentə və yüksək rütbəli hərbi məmurlara, banklara və əmtəə şirkətlərinə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi hazırlayıblar.

Rusiya tərəfi dəfələrlə bəyan edib ki, qonşu dövlətə qarşı təcavüz planlaşdırmır.

Xəbər xətti