Rusiyada son sutka ərzində daha 67 809 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
APA-nın Rusiyadakı Operativ Qərargaha istinadən verdiyi məlumata görə, COVID-19-a yoluxanların sayı 11 241 109 nəfərə çatıb.
Son sutka ərzində 681 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 327 448 nəfərə çatıb.