Zorana Mixayloviç Bakıya gəlir

21:13 - 24 Yanvar 2022 - SİYASƏT

Serbiya baş nazirinin müavini, energetika və mədən sənayesi naziri Zorana Mixayloviç fevral ayında "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə Serbiyanın Energetika və Mədən Sənayesi Nazirliyindən bildiriblər.
"Serbiya nümayəndə heyətinin tərkibinə həm də dövlət katibi və nazirin köməkçisi daxil olacaq", nazirlikdən deyiblər.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" 2020-ci il dekabrın 31-dən etibarən Azərbaycan qazının Avropaya nəqlinə başlayıb. Layihənin dəyhəri 45 milyard dollar proqnozlaşdırılsa da, 33 milyard dollar təşkil edib.

2015-ci ildən etibarən hər il fevral ayında "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclası keçirilir.

Xəbər xətti