Mədəniyyət Nazirliyindən KVN-lə bağlı AÇIQLAMA

16:08 - 24 Yanvar 2022 - Mədəniyyət

Məlum olduğu kimi, Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adının “Buta” ilə əvəzlənməsi, günlərdir, müzakirə mövsuzudur. Onların həmin müsabiqəyə hansı xətlə qatılması da sual doğurur.

Ucnoqta.az qafqazinfo-ya istinadən xəbər verir ki, artıq Mədəniyyət Nazirliyi də məsələ ilə bağlı açıqlama yayıb. Qurumdan bildirilib ki, komanda müsabiqəyə dövlət xətti ilə yollanmayıb:

“Bildirmək istərdik ki, Mədəniyyət Nazirliyinə bu mövzu ilə bağlı heç bir müraciət daxil olmayıb. Sözügedən klubun nazirliklə heç bir əlaqəsi yoxdur”, - nazirliyin mətbuata açıqlamasında deyilir.

Xəbər xətti