Qaxda narkotik çəkib maşın sürən şəxs saxlanıldı

16:15 - 24 Yanvar 2022 - HADİSƏ

Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon sakini Qia Bayramaşvilinin idarə etdiyi “Opel” markalı avtomobil nəzarət-yoxlama qaydasında şəhər ərazisində saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, sürücünün əməllərində sərxoşluq əlamətləri hiss edildiyindən o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən onun narkotik vasitə olan marixuana qəbul etdiyi sübuta yetirilib.

Q.Bayramaşvili barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Xəbər xətti