Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022”) Azərbaycanı təmsil edən "Şuşa” komandasının adınının "Buta” ilə əvəzlənməsi ilə bağlı müzakirələr davam edir. Komandanın rəhbəri, ssenarist və prodüser Müşviq Abbasov açıqlama verərək komandanın adının qaytarıldığını desə də, tənqidlər bitmək bilmir.
Azərbaycanda KVN-nin yaradıcısı, məşhur Şən və Hazırcavablar Klubunun prezidenti mərhum Anar Məmmədxanov hər zaman milli məsələlərdə, xüsusilə Qarabağ mövzusunda həssas mövqeyi ilə seçilib. Belə ki, o, dəfələrlə ermənilərin çoxluq təşkil etdiyi Rusiyanın KVN səhnəsində onlardan üstün olub.
Onun Milli Məclisdə bu günə örnək olacaq tarixi çıxışını təqdim edirik:
Videonun mənbəyi MÜBARİZLƏR səhifəsi