Prezidentin yüksək vəzifə verdiyi Azadə Hüseynova kimdir? - DOSYE - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azadə Hüseynova Dövlət Turizm Agentliyi sədrinin müavini təyin olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Azadə Abbas qızı Hüseynova 1984-cü ildə Zəngibasarda anadan olub.

Azərbaycan Dillər Universitetində bakalavr və magistr üzrə təhsil alıb. Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci ali təhsili alıb.

Azərbaycanda fəaliyyət göstərən müxtəlif beynəlxalq təşkilatlarda çalışıb. 2018-ci ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Milli Turizm Təbliğat Bürosunda investisiyalar üzrə mütəxəssis, sonrakı dövrlərdə Dövlət Turizm Agentliyində Beynəlxalq əlaqələr şöbəsində sektor müdiri, Turizm siyasəti və strategiyası şöbəsində müdir müavini vəzifələrində çalışıb.

2019-cu ildən etibarən Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərib.
Ailəlidir, iki övladı var.

Tarix
24 Yanvar 2022 [15:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-01-24 15:23:40
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin