Daha 7 xəstəxana vətəndaşlara pulsuz xidmət göstərəcək - SİYAHI

14:33 - 24 Yanvar 2022 - Cəmiyyət

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə daha 7 tibb müəssisəsi ilə müqavilə bağlayıb.

Ucnoqta.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova qurumun ötən ilki fəaliyyətinə həsr olunan brifinqdə deyib.

Onun sözlərinə görə, agentliyin müqavilə bağladığı tibb müəssisələrinin sayı 27-dən 34-ə yüksəlib.

Müqaviləli tibb müəssisələrinin siyahısı, ünvan və əlaqə nömrələri Agentliyin rəsmi internet səhifəsində (https://its.gov.az) yerləşdirilib: 

1. Bakı Sağlamlıq Mərkəzi Publik hüquqi şəxs

2. Mərkəzi Klinik Xəstəxana

3. Caspian International Hospital

4. Respublika Diaqnostika Mərkəzi

5. Gəncə Müalicə-Diaqnostika Mərkəzi

6. Gəncə Beynəlxalq Xəstəxanası

7. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

8. Mərkəzi Neftçilər Xəstəxanası

9. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi

10. EGE Hospital

11. Sumqayıt Hospital

12. Avrasiya Hospital

13. Xüsusi Müalicə Sağlamlıq Kompleksi

14. Leyla Medical Center

15. Badam Medical Center

16. Lor Hospital

17. Məlhəm Beynəlxalq Hospital

18. “OKİ” Özəl Tibbi Müalicəxanası

19. “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti (Zəfəran hospital)

20. Oksigen Klinik Xəstəxanası

21. Diaqnoz Tibb Mərkəzi

22. “Ortoped” Məhdud Məsuliyyətli Cəmiyyət

23. Mediland Hospital

24. Medera Hospital

25. Stimul Hospital

26. Medistyle Hospital

27. Batıgöz Medical Plaza Məhdud Məsuliyyətli Cəmiyyət

28. “Citolab” MMC

29. “ANES” MMC

30. “Salam Doktor” MMC

31. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası

32. İstanbul NS klinikası MMC

33. “Olimp-Hospital” Məhdud Məsuliyyətli Cəmiyyət

34. “ŞAMA” Məhdud Məsuliyyətli Cəmiyyət (KƏPƏZ HOSPİTAL)

Müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir.
Qeyd edək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə müqaviləli tibb müəssisəsinə göndəriş verilir. Vətəndaş verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır.

Xəbər xətti