Sabah Ağdama iki avtobus reysi təşkil olunacaq

Sabah Ağdam şəhərinə iki avtobus reysi təşkil olunacaq.

Avtobus reyslərinə biletlər artıq satışa çıxarılıb.

Qeyd edək ki, yanvarın 24-dən etibarən Ağdam və Şuşaya müntəzəm avtobus marşrutları təşkil olunacaq. Bakı-Şuşa-Bakı marşrutunun birtərəfli qiyməti 10.40 manat, Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9.40 manat təşkil edəcək. Həmçinin yanvarın 24-dən Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətində də marşrutlar açılacaq. İşğaldan azad edilmiş ərazilərə sərnişin marşrutlarına biletləri "Yolumuz Qarabağa" portalından əldə etmək olar. Vətəndaşlar portala daxil olduqdan sonra "ASAN login" vasitəsilə bilet ala bilərlər.

Tarix
23 Yanvar 2022 [14:36]
Müəllif
Üç nöqtə
2022-01-23 14:36:04
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin