Məşhur aparıcının nazirlə toyu təxirə düşdü

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern, koronavirusun “omikron” ştamının yayılması ilə bağlı “qırmızı xəbərdarlıq” səviyyəsinin elan edilməsi səbəbiylə toyunu təxirə salıb.

Ucnoqta.az xəbər verir ki, baş nazirin televiziya aparıcısı Klark Qeydford ilə toyu cari ilin yayına planlaşdırılmışdı.
“Tədbirlərə gəldikdə, istər ad günü, istər toy, istərsə də bu cür hər hansı digər tədbir, bazar günü gecəsi “qırmızı xəbərdarlıq” səviyyəsinin qüvvəyə mindiyi andan iştirakçıların sayının 100 nəfərə qədər məhdudlaşdırılması olacaq. Mənə gəlincə, toyum baş tutmayacaq və mən pandemiya səbəbindən oxşar hadisələrlə üzləşmiş bir çox digər həmyerlilərimə qoşuluram ” - deyə Baş nazir qeyd edib.

Koronavirusun yayılması ilə əlaqədar tətbiq edilən sanitar məhdudiyyətlər səbəbindən mərasim qeyri-müəyyən müddətə təxirə salınmalı olub.
Yeni Zelandiyada “qırmızı xəbərdarlıq” səviyyəsi lokdaunun elan olunmasını nəzərdə tutur. Ölkədəki bütün müəssisələr və idarələr bağlanmasa da, restoran və barlar 100 nəfərdən artıq müştəri qəbul etməməlidirlər və bu zaman sosial məsafə saxlanılmalıdır. Həmçinin kütləvi tədbirlərdə peyvəndin tam dozasını qəbul etmiş 100 nəfərdən artıq şəxsin iştirakına icazə verilmir.

Tarix
23 Yanvar 2022 [11:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-01-23 11:16:57
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin