700 tondan çox mazut daşıyan tanker yandı

Qara dənizdə Komor adaları bayrağı altında üzən tankerdə yanğın baş verib, ruslardan ibarət ekipaj təxliyə edilib.

APA bildirir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Məlumata görə, Qara dənizdə Böyük Britaniyaya məxsus olan, Komor adaları bayrağı altında üzən "Almuntazah" tankeri "Dəmir Buynuz" burnundan beş kilometr aralıda gecə saatlarında yanıb.

Tankerdə 700 tondan çox mazut olub. İlkin məlumata görə, heç bir itki yoxdur, yeddi rus Moldova bayrağı altında üzən Britaniyanın yedək gəmisinə təxliyə edilib.

İlkin yoxlama zamanı yüngül tüstülənmə müşahidə olunub.

Söndürmə işlərinə 27 nəfər və 3 texnika cəlb olunub.

Tarix
23 Yanvar 2022 [10:03]
Müəllif
Üç nöqtə
2022-01-23 10:03:43
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin