Göyçayda evin zirzəmisində çətənə yetişdirən şəxs TUTULDU - FOTO

18:45 - 22 Yanvar 2022 - HADİSƏ

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı evin zirzəmisində çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əvvəllər məhkum olunmuş Bığır kənd sakini Azad Cəlilov saxlanılıb və şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkarlanıb.

Azad Cəlilovun yaşadığı ünvana baxış keçirilən zaman isə oradan ümumi çəkisi 300 qrama yaxın qurudulmuş marixuana, eləcə də evin zirzəmisindən aqrotexniki qulluq göstərilmiş 16 ədəd çətənə bitkisi və 63 ədəd həmin narkotik tərkibli bitkinin şitilləri aşkar edilərək götürülüb.

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya göndərilib və faktla bağlı Polis Şöbəsində araşdırmalar davam etdirilir.


Xəbər xətti