Qohumunu öldürən şəxsə hökm oxundu

12:36 - 22 Yanvar 2022 - HADİSƏ

Qazaxda qohumunu qətlə yetirməkdə təqsirləndirilən Fərrux Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, F. Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il iyunun 28-də saat 09 radələrində Qazax rayonu, Aslanbəyli kənd sakini 1972-ci il təvəllüdlü Telman Əhmədovun yaşadığı evin yaxınlığında bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

İlkin istintaqla hadisənin zərərçəkmişin qohumu, 1990-cı il təvəllüdlü Fərrux Məmmədov tərəfindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Fərrux Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.///Apa

Xəbər xətti