Avstriya əsilli amerikalı kinoaktyor və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger cümə günü Los-Ancelesdə avtomobil qəzasına düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. Hadisə Bakı vaxtı ilə təxminən 05:00-da baş verib. Şvartsenegger “GMC Yukon” avtomobili ilə evindən bir neçə kilometr aralıda “Toyota Prius” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində aktyor xəsarət almayıb, “Toyota Prius”da olan qadın isə kəllə-beyin travması alıb və xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri və günahkarları barədə hələlik məlumat verilmir.
Tarix
22 Yanvar 2022 [09:10]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin