"Azərbaycanın qeyri-neft sənayesində əlavə dəyər 17,8% artıb" - Mikayıl Cabbarov

12:44 - 21 Yanvar 2022 - İQTİSADİYYAT

2021-ci ildə Azərbaycanın qeyri-neft sənayesində əlavə dəyər 17,8%, qeyri-neft emal sənayesində isə 21,7% artıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir qeyd edib ki, qeyri-neft sənayesinin qeyri-neft ÜDM-də xüsusi çəkisi 2021-ci ildə 9,6%-ə çatıb ki, bu da 2020-ci (8,5%) və 2019-cu (7,6%) illərlə müqayisədə daha yüksək göstəricidir.

Xəbər xətti