İranda təyyarə təcili eniş edib

17:50 - 19 Yanvar 2022 - DÜNYA

İranda təyyarə təcili eniş edib.

APA-nın Tehran bürosunun məlumatına görə, İranın Kirman əyalətinin Orzueeyeh bölgəsində Mahan şirkətinə məxsus təyyarə təcili eniş edib.

Pis hava şəraitinə görə Sultanabad bölgəsində torpaq sahəyə təcili eniş edən təyyarədə 18 sərnişin və 2 pilot olub.

Sərnişinlər və ekipaj üzvlərinin xəsarət almadığı bildirilir.

Xəbər xətti