2021-ci ildə Azərbaycanda vergi daxilolmaları 2020-ci ilə nisbətən 15,5% artaraq 8,5 milyard manat təşkil edib, proqnoz 117,7% səviyyəsində icra olunub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazir qeyd edib ki, ötən il qeyri-neft sektoru üzrə vergi daxilolmaları 13,5% artaraq 6,4 mlilyard manat olub, proqnoz 112,2% səviyyəsində yerinə yetirilib.