Azərbaycanlı milyonçuya qarşı İDDİA: 25 il həbs gözləyir

14:05 - 17 Yanvar 2022 - HADİSƏ

Məşhur müğənni Avraam Russonun azərbaycanlı milyonçu Telman İsmayılova qarşı qaldırdığı iddia ərizəsi Moskva şəhər məhkəməsində itib. 

Məhkəmə gün təyin edilsə də, məlum olub ki, Russonun iddia ərizəsi dəftərxanadan yoxa çıxıb.  Nəticədə məhkəmə qeyri-müəyyən müddətə təxirə salınıb.

Müğənninin vəkili Andrey Aleşkin bildirib ki, məhkəmə baş tutsa, İsmayılovu 25 ilə qədər həbs cəzası gözləyir.
Xatırladaq ki, İsmayılov Russona işgəncə etməkdə və qətlinin sifariş verməsində ittiham olunur.///lent.az


Xəbər xətti