“Münaqişədən sonrakı dövrdə bu cür təbliğat təəssüf doğurur və təhlükəlidir” - XİN

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin 1990-cı ildə Bakıda və Sumqayıtda ermənilərə qarşı guya “qırğınlar”ın törədilməsi barədə iddialarına münasibət bildirib.

Ucnoqta.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Tvitter” paylaşımında yazıb ki, Ermənistan XİN yenidən 1990-cı ildə uydurma qırğınlardan danışır.

L. Abdullayeva qeyd edib ki, ermənilərin qurban getdiyi barədə rəvayətlər erməni millətçiliyinin ideoloji əsası olub və Azərbaycana qarşı ərazi iddialarına gətirib çıxarıb: “Münaqişədən sonrakı dövrdə bu cür təbliğat təəssüf doğurur və təhlükəlidir”.

Tarix
16 Yanvar 2022 [13:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-01-16 13:47:27
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin