Qazaxda narkotik satıcısı saxlanılıb - Foto

12:47 - 16 Yanvar 2022 - HADİSƏ

Qazaxda narkotik satıcısı saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Sənan Bayramov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin və marixuana, eləcə də bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı Qazax RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Xəbər xətti