Şadlıq sarayının rəhbəri həbs edildi

Bərdədə karantin qaydalarının pozulduğu restoranın sahibi inzibati qaydada həbs edilib

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən şadlıq sarayında karantin rejiminin tələblərinin pozulduğu müəyyən edilib.

Yoxlamalar zamanı rayon ərazisində yerləşən “Muğan Məkan” şadlıq sarayında keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkarlanıb.

Müəyyən edilmiş qayda pozuntusu ilə əlaqədar restoranın sahibi Elnur Sadıxov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Tarix
16 Yanvar 2022 [12:05]
Müəllif
Üç nöqtə
2022-01-16 12:05:51
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin