Prokuror həbsdə olan jurnalistə cəza istədi

13:36 - 14 Yanvar 2022 - Cəmiyyət

Bu gün Nəsimi rayon Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Ucnoqta.az xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror çıxış edib. Dövlət ittihamçısı təqsirləndirilən şəxs Mahir Ələkbərovun 4 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib. Daha sonra Mahir Ələkbərovun vəkili çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Növbəti proses yanvarın 18-də davam edəcək.

Xəbər xətti