Hindistanda qatar relsdən çıxıb, ölənlər var

20:31 - 13 Yanvar 2022 - DÜNYA

Hindistanın şərqindəki Qərbi Benqal əyalətində Quvahati-Bikaner marşrutu ilə hərəkət edən sərnişin qatarı qəza törədib.

Bu barədə NDTV məlumat yayıb.

Qatarın azı beş vaqonu relsdən çıxıb.

Hadisə nəticəsində 3 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Hazırda xilasetmə əməliyyatı aparılır. Qurbanların sayının arta biləcəyi istisna deyil.///report

Xəbər xətti