Rusiyada son sutkada 21 155 nəfər COVID-19-a yoluxub

13:22 - 13 Yanvar 2022 - DÜNYA

Rusiyada bir gündə COVID-19-a yoluxanların sayı 21 155 nəfər artıb.

Ucnoqta.az xəbər verir ki, bu, 28 dekabr 2021-ci ildən bəri maksimumdur.

Beləliklə, pandemiyanın bütün dövrü ərzində yoluxma hallarının sayı 10 723 305 nəfər təşkil edib. Gün ərzində 740 nəfər COVID-19 xəstəsi, pandemiyanın başlanğıcından bəri ümumilikdə 319 172 nəfər dünyasını dəyişib.

Bu barədə cümə axşamı, yanvarın 13-də İnfeksiyaya Nəzarət Qərargahının saytında məlumat verilib.
“Son sutka ərzində Rusiyada 85 regionda 21 155 yeni koronavirus infeksiyasına (COVID-19) yoluxma halı, o cümlədən kliniki təzahürləri olmayan 2 975 (14,0%) aktiv hadisə qeydə alınıb”, - məlumatda deyilir.

Bütün pandemiya dövründə ölkədə 10 723 305 xəstəliyə yoluxma halı qeydə alınıb. Artım tempi 0,20% təşkil edir.
Gündəlik sağalma əmsalı isə 25 984 nəfər, cəmi 9 784 348 nəfər təşkil edib.

Xəbər xətti