Türkiyə yüngül döyüş təyyarələrinin kütləvi istehsalına başlayacaq

23:51 - 12 Yanvar 2022 - DÜNYA

Türkiyə “HÜRJET” yüngül döyüş təyyarələrinin istehsalına başlayacaq.

APA-nın Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən verdiyi xəbərə görə, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilmiş Müdafiə Sənayesi İcra Komitəsi qərar qəbul edib.

Vurğulanıb ki, “HÜRJET”in ilk uçuşu 2023-cü ilə planlaşdırılır.

Xəbər xətti