Ermənistan Türkiyənin aviareysləri üçün icazə verdi

22:28 - 10 Yanvar 2022 - DÜNYA

Ermənistanın Mülki Aviasiya Komitəsi Türkiyənin “Pegasus Airlines” aviaşirkətinə İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşların həyata keçirilməsi üçün icazə verib.

Bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın “Flyone” şirkəti də analoji icazə alıb.///oxu.az

Xəbər xətti