Qazaxıstan müstəqillik tarixinin geniş miqyaslı və ən ağır böhranını yaşadı.
Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının onlayn formatda keçirilən növbədənkənar sessiyasında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib.
O, Qazaxıstandakı hadisələrə uzun müddətdir ki, hazırlıq getdiyini və baş verənləri dövlət çevrilişinə cəhd kimi qiymətləndirdiyini söyləyib: “İstintaq nəticələri bunu göstərəcək”.
Tokayev ölkəsində baş verən etiraz aksiyalarından da danışıb.
"Qazaxıstana hücum edən təşkilatçılar bir neçə aqressiya dalğası təşkil etdilər. Dediyim kimi əvvəl dinc etirazlar baş verdi. Sonra isə xüsusi ilə də Almatıda siyasi mitinqlər keçirildi. Daha sonra isə şəhərə üç istiqamətdən silahlı dəstələr hərəkət etməyə başladı. Əvvəl onlar özlərini dinc nümayişçi kimi qələmə verdilər. Daha sonra baş verənlər isə yəqinki, tarixə Almatı faciəsi kimi düşəcək".
Qazaxıstan Prezidenti hökumətin yeni tərkibi ilə bağlı yanvarın 11-də təklif verəcəyini də əlavə edib.