KTMT-nin Böhran Vəziyyətlərinə Cavab Mərkəzi 24-saatlıq iş rejiminə keçib, Təşkilatın Birgə Qərargahının əməliyyat qrupu Qazaxıstana göndərilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə KTMT-nin Birgə Qərargahından bildirilib. Məlumatda bildirilir ki, qrupa KTMT-nin Birləşmiş Qərargah rəisinin müavini rəhbərlik edir.
Məlumata görə, KTMT-nin Böhran Vəziyyətlərinə Cavab Mərkəzinin 24-saatlıq iş rejimi qurulub, təşkilata üzv ölkələrin müdafiə idarələri ilə videokonfrans əlaqəsi yaradılıb.