“Türk dünyasının dərdi bizim dərdimizdir və dünya bunu Qarabağda gördü” - Çavuşoğlu

16:15 - 9 Yanvar 2022 - DÜNYA

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyanın Belek Turizm Mərkəzindəki bir hoteldə “Səssiz İnqilablar Çağı” mövzusunda keçirilən Ədalət və İnkişaf partiyasının regional məşvərət şurasındakı çıxışında Türk dünyasındakı aktual problemlərə, o cümlədən də hazırda Qazaxıstanda baş verən hadisələrə toxunub.

“Ümid edirik ki, Qazaxıstan mümkün qədər tez sabitliyə, əmin-amanlığa və sülhə qovuşacaq”, -deyə XİN rəhbəri bəyan edib.

O, çıxışında Qarabağı da yada salıb.

“Türk dünyasının dərdi bizim dərdimizdir. Bütün dünya bunu Qarabağ zəfərində gördü”, - deyən nazir Türkiyənin Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə həmrəyliyini, hər zaman onların yanında olmasını bir daha nəzərə çatdırıb.

Mənbə: “Anadolu”

Xəbər xətti