Nyu-Yorkda çox sayda reys ləğv edilib
01:14 - 9 Yanvar 2022 - DÜNYA
ABŞ-ın Şimal-qərb ərazilərində qar ciddi fəsadlara yol açıb.
Çovğun səbəbindən bir neçə ştatda dərslər təxirə salınıb, hava və quru nəqliyyatının işi çətinləşib.Nyu-Yorkda qarın qalınlığı 30 santimetri keçib ki, bu da 9 milyonluq şəhər üçün nadir hadisədir. Meteoroloji şəraitə görə 830 reys ləğv edilib. Qarın təmizlənməsi üçün çox sayda texnika cəlb olunub.