Qazaxıstanın Almatı şəhərində cinayətkar dəstələr kiçik meydanlarda, parklarda gizlənirlər. Güclü duman polisin işini çətinləşdirir.
Ucnoqta.az RİA “Novosti”yə istinadən xəbər verir ki, Almatıda yenidən atışma baş verib. Məlumata görə, atışma şəhərin mərkəzində baş verir. Şəhərin digər hissələrində vəziyyətin nisbətən sakit olduğu deyilir.
“Şəhər əhalisi şübhəli insan qruplarını müəyyən etməkdə polisə kömək edir"- qeyd olunur.