Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə terrorla mübarizə qərargahının iclası keçirilib.
Ucnoqta.az RİA "Novosti"yə istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev respublikanın bütün regionlarında konstitusiya quruluşunun bərpa olunduğunu bildirib.
"Antiterror əməliyyatı başlayıb. Hüquq-mühafizə orqanları gərgin iş aparır. Ölkənin bütün bölgələrində konstitusiya quruluşu əsasən bərpa olunub. Vəziyyətə yerli orqanlar nəzarət edir", - Tokayev bildirib.