Dünyada koronavirusa yoluxanların sayı artıb

07:35 - 7 Yanvar 2022 - DÜNYA

Dünyada koronavirusa yoluxanların sayı 296 milyonu keçib. Ucnoqta.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.Məlumata əsasən, son sutka ərzində koronavirusa 2 618 130 yoluxma halı və 8 168 ölüm halı qeydə alınıb. Hazırkı dövrədək koronavirusa 296 496 809 nəfər yoluxub. Onlardan 5 462 631 nəfəri vəfat edib. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Xəbər xətti