Türkiyə Qazaxıstana olan bütün reysləri ləğv edib

23:43 - 6 Yanvar 2022 - DÜNYA

Türk Hava Yolları (THY) şirkəti yanvarın 9-dək Qazaxıstana olan bütün sərnişin reyslərini ləğv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin NTV kanalı məlumat yayıb. Telekanal bildirir ki, THY bu addımı Qazaxıstanda vəziyyət pisləşdiyi üçün atıb.

Xəbər xətti