Türkiyə dost və müttəfiq ölkələrin də müdafiə təyinatlı məmulatlarla bağlı ehtiyaclarını ödəyən bir ölkəyə çevrilib.
Ucnoqta.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Öz hərbi gəmisini hazırlayan 10 ölkənin arasında yer alırıq. PUA istehsalında isə artıq dünyanın üç ölkəsindən biriyik" - Türkiyə Prezidenti qeyd edib.