İranın Məşhəd şəhərindən İsfahana uçan təyyarə qəza enişi edib.
APA-nın məlumatına görə, göyərtəsində 110 sərnişin olan təyyarə bu gün yerli vaxtla saat 17:03 radələrində İsfahan hava limanında eniş edərkən sol təkərində yaranmış texniki nasazlıq təyyarənin eniş zolağından çıxmasına səbəb olub.
Məlumata görə, sərnişinlərdən 3 nəfər xəsarət alıb, digər sərnişinlər təcili təxliyə olunub. Hadisənin başvermə səbəblərini araşdırmaq üçün Tehrandan İsfahana xüsusi təhqiqat qrupu ezam olunub.