Qazaxıstan Prezidentinin iqamətgahı yandırıldı - VİDEO

16:44 - 5 Yanvar 2022 - DÜNYA

Qazaxıstanda etirazçılar ölkə Prezidentinin Almatı şəhərindəki iqamətgahını ələ keçiriblər.

Bu barədə məlumatı “Zakon.kz” portalı yayıb.

Sosial şəbəkələrdə yayılan videolardan sözügedən iqamətgahda yanğının başladığını görmək mümkündür.

İqamətgah Almatı şəhər administrasiyasının yaxınlığında yerləşir. Etirazçılar daha əvvəl administrasiyanın binasına daxil olmuşdular. Aksiya iştirakçıları binaya daxil olandan sonra burada da yanğın baş verib.///qafqazinfo

 

 

Xəbər xətti