Qazaxıstan saytlarına giriş məhdudlaşdırıldı

16:28 - 5 Yanvar 2022 - DÜNYA

Qazaxıstan media saytlarına xaricdən giriş məhdudlaşdırılıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə bu, ölkədəki etirazlarla əlaqədardır.

Hazırda "zakon.kz", "tengrinews.kz", "vlast.kz" xəbər portallarına, "Sputnik Kazakhıstan" saytına giriş mümkün deyil.

Qazaxıstanda bir sıra dövlət qurumlarının internet saytlarına da ölkədəki etirazlar fonunda giriş mümkün deyil.

Xəbər xətti