Qazaxıstanda vəziyyət gərginləşib: Etirazçılar Tokayevin iqamətgahına girməyə cəhd edir

14:38 - 5 Yanvar 2022 - DÜNYA

Bir neçə min etirazçı Prezident Qasım Jomart Tokayevin Almatıdakı iqamətgahına soxulmağa cəhd edir.

Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

“Aksiya iştirakçılarının bir qismi meriya binası yaxınlığındakı kütlədən ayrılaraq Prezident iqamətgahına gedib. Ətrafda hər şey tüstülənir, səs qumbaralarının partlayışı və atəş səsləri eşidilir”, - məlumatda bildirilib.

Qeyd edək ki, Qazaxıstanda qaz tariflərinin artmasına etiraz olaraq başlayan aksiyalar iki gündür davam edir.

Xəbər xətti