Şagirdinə peyvənd vuran müəllim həbs edildi

10:40 - 5 Yanvar 2022 - DÜNYA

Nyu-Yorkda heç bir rəsmi tibbi ixtisası olmayan məktəb müəllimi 17 yaşlı şagirdinə COVID-19 əleyhinə peyvənd vurub. 

"Unikal" xarici  KİV-ə istinadən xəbər verir  ki, Biologiyadan dərs deyən müəllim Laura Russo bu prosesi adı açıqlanmayan şagirdinin evində həyata keçirib. Belə ki, həmin görüntüləri sosial şəbəkədə paylaşan yeniyetmə isə müəlliminin həbsinə səbəb olub.

Polislər 54 yaşlı müəlliməni saxlayaraq, bölməyə aparıblar.  Onun 4 il müddətinə  azadlıqdan məhrum edilcəyi bildirilir. 

Həkimlər isə 17 yaşlı yeniyetməyə baxış keçiriblər. Bildirilir ki, peyvənd yanlış tətbiq olunarsa, enjeksiyonlar təhlükəli ola bilər. Buna görə də şagird nəzarətə götürülüb. 

 

Xəbər xətti